Türkiyədə baş verən zəlzələlərin iqtisadiyyata vurduğu zərər 4 milyard dollara çata bilər.
Fins.Az xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi "Fitch" məlumat yayıb.
Hesablamalara görə, sığortalanmış itkilər təxminən 1 milyard dollar təşkil edəcək. Agentlik qeyd edir ki, qlobal bazar kontekstində təkrarsığortaçılar tərəfindən ödəniləcək məbləğ cüzi olacaq. Belə ki, Türkiyə və Suriyada zərər çəkmiş ərazilərin əksəriyyətində dəyən sığorta təminatının məbləği çox güman ki, az olacaq.
Agentlik vurğulayır ki, zəlzələ sığortası Türkiyədə texniki cəhətdən məcburi olsa da, praktikada çox vaxt tətbiq edilmir. Nəticədə, bir çox yaşayış yerləri sığortasızdır, xüsusən də ev təsərrüfatlarının gəlirləri aşağı olan ərazilərdə.
Əlavə edək ki, indiyədək 60-dan çox ölkə zəlzələ səbəbilə Türkiyəyə humanitar və maddi yardım göstərib.