DÜNYA

10 Fevral

Avropada qazın qiyməti 600 dollardan aşağı enib

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 600 ABŞ dollarından aşağı enib.

Fins.Az apa-ya istinadən xəbər verir ki, 9 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 589,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (596,8 dollar) ilə müqayisədə 1,2% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.