Türkiyədə baş verən şiddətli zəlzələlərdən sonra 10 vilayətdə həyat demək olar ki dayanıb. Hazırda insanları ən çox narahat edən məqamlardan biri də ölkədə yenidən güclü yeraltı təkanların baş verib-verməyəcəyidir.
Fins.Az sfera.az-a istinadla xəbər verir ki, geofizika mühəndisi Prof. Dr. Ahmet Ercan zəlzələ baxımından Türkiyənin ən təhlükəsiz şəhərlərini açıqlayıb.
O bildirib ki, zəlzələ baxımından Türkiyənin ən təhlükəsiz şəhərləri bunlardır:
Konya, Karaman, Artvin, Rize, Trabzon, Ordu, Giresun, Yozgat, Samsun, Sinop, Kastamonu, Bartın, Kırklareli, Kırıkkale, Kırşehir, Aksaray, Niğde, Mardin, Şırnak, Siirt, Batman , Ardahan, Mersin, Antalya.
"Zəlzələ ocağının şəhərin içində yerləşməsi ilə, başqa şəhərdə baş verən zəlzələ dalğalarının şəhəri silkələməsi tamamilə ayrı-ayrı ifadələrdir.
Bu baxlmdan Ankara təsir dairəsində yerləşsə də təhlükəsiz şəhərdir. Eyni zamanda Zonguldak şəhəri də yeraltı təkanların hiss edildiyi, lakin təhlükəsiz hesab olunan bölgələrdəndir", - deyə qeyd edilib.