DÜNYA

06 Fevral

Apple iPhone Pro Max-dan daha baha qiymətə satılacaq iPhone Ultra-nı satışa çıxardacaq

 Bloomberg saytının insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirk'ti iPhone seriyasının flaqman modellərinin qiymətlərini qaldırmağı nəzərdən keçirdir. İnsayder qeyd edib ki, bunun üçün şirkət iPhone Ultra modelini satışa çıxardacaq və o, hal hazırda aktual olan iPhone 14 Pro Max-dan qat-qat baha qiymətə satılacaq. Gurman-ın fikrincə bu, gələn ilki iPhone 16 seriyasında baş tutacaq. Məlumatda qeyd edilib ki, daha baha qiymətə satılacaq iPhone-nun satışa çıxarılması öz növbəsində digər iPhone modellərinin ortalama qiymətlərini yüksəltməyə imkan verəcək. Bu cür strategiya isə Apple şirkətinin maraqları ilə üst-üstə düşür. Gurman həmçinin bir neçə müddət bundan öncə Apple şirkətinin növbəti maliyyə hesabatı çərçivəsində Tim Cook-un sözlərinə istinad edib.

    Belə ki, şirkətin son maliyyə hesabatı çərçivəsində Tim Cook bildirmişdi ki, alıcılar ən yaxşı smartfonu almaq üçün daha çox vəsait ödəməyə hazırdılar. 2017-ci ildə şirkət iPhone X modelini 999$-a satışa çıxartmaqla hər il flaqman iPhone modellərinin qiymətlərini yüksəldir. Hal hazırda aktual olan iPhone 14 Pro Max-ın ən maksimal komplektasiyada olan versiyası 1599$-a satılır. Şirkətin maliyyə hesabatı onu göstərir ki, alıcılar iPhone 14 Pro və iPhone 14 Pro Max-ı almaq üçün külli miqdarda vəsait xərcləməyə hazırdırlar. Belə ki, sözügedən iPhone 14 modelləri alıcılar arasında çox məşhurdurlar.

Çox güman ki, iPhone Ultra modelinin qiyməti iPhone Pro Max-ın standart versiyasının qiymətindən daha yüksək göstəricidə start götürəcək. Gurman-ın sözlərinə əsasən Apple sadəcə olaraq iPhone Pro Max-ın adını dəyişərək onu iPhone Ultra kimi daha baha qiymətə satışa çıxarda bilərdi. Lakin onun fikrincə şirkət iPhone Ultra-nı digər iPhone modellərindən əlavə olaraq satışa çıxardacaq və o, şirkətin smartfon seriyasında ən flaqman model olacaq. Gurman bildirib ki, iPhone Ultra-nın hansı fərqləndirici texniki özəlliklərə sahib olacağı hal hazırda məlum deyil. Heç istisna deyil ki, iPhone Ultra modeli daha böyük ölçülü ekran, daha təkmilləşdirilmiş kameralar və yüksək performanslı prosessor ilə təchiz olunsun. Bundan əlavə olaraq Gurman-ın sözlərinə əsasən iPhone Ultra modeli şirkətin ilk qatlana bilən smartfonu olmayacaq.