DÜNYA

03 Fevral

Türkiyə Hava Yolları yenidən Rusiya kartları ilə ödənişə icazə verib

Türkiyə Hava Yollarında (Turkish Airlines) Rusiya kartları ilə bileti ödəmək yenidən mümkün olub.

Ödənişi təkcə “Mir” kartları ilə deyil, “Visa” və “Mastercard” ilə də etmək mümkündür.

Türkiyə Hava Yollarının nümayəndələri təsdiq ediblər ki, hazırda səyahətçilər üçün Rusiya kartları ilə ödənişlər mövcuddur, lakin bəzi hallarda ödənişlər qəbul olunmaya və ya ödənişdən sonra bilet ləğv edilə bilər.

Vəsaitlərin qəbulu sxemi ya aviaşirkətin veb-saytını Rusiyanın ödəniş xidmətlərinə qoşmaqla, ya da Milli Ödəniş Kartı Sistemi ilə müqaviləsi olan “dost ölkələrin” bankları vasitəsi ilə işləyə bilər. Bundan başqa, sanksiyalar tətbiq edilən bankların kartları ilə də əməliyyatlar həyata keçirilir.

Xatırladaq ki, ötən il ABŞ Maliyyə Nazirliyinin Rusiyanın xaricdə ödəniş sistemindən istifadəni genişləndirmək cəhdlərini dəstəklədiyinə görə sanksiyalar tətbiq etmək niyyəti ilə bağlı bəyanatı fonunda Türkiyənin bütün bankları “Mir” kartlarının xidmətini dayandırmışdı.

Mənbə: İzvestiya