Bu ilin yanvar ayında Türkiyədə aylıq inflyasiya 6,65 %, illik inflyasiya isə 57,68 % təşkil edib.
Bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.
Bunlar proqnozlardan müvafiq olaraq 2,95 faiz bəndi və 4,48 faiz bəndi çoxdur.
Xatırladaq ki, 2022-ci ilin dekabr ayında inflyasiya illik 64,27 %, aylıq isə 1,18 % olub.