DÜNYA

03 Fevral

AİB Qırğızıstanda Kulanak SES tikintisi üçün vəsait ayıracaq

Avrasiya İnkişaf Bankının (AİB) İdarə Heyətinin sədr müavini Ruslan Dalenov və "Naryn" İstehsal Müəssisəsinin direktoru Kutubay Murzabayev 100 MVt gücə malik Kulanak su elektrik stansiyasının (SES) tikintisinin maliyyələşdirilməsi haqqında saziş imzalayıb.

Fins.az bu barədə Avrasiya İnkişaf Bankına istinadən məlumat verir.

Bankın nümayəndəsinin sözlərinə görə, Kulanak SES-in tikintisi AİB-in Hidroenerji Kompleksi investisiya layihəsinin reallaşmasında mühüm addımdır.