Keçən ilin dekabr ayında Türkiyə limanları 32 milyon 34 min 790 ton yük qəbul edib.
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Qeyd edilən dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 536 min 487 ton təşkil edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 498 min 303 ton olub”, - deyə nazirlikdən bildirilib.
Bununla yanaşı, 2022-ci ilin dekabr ayında Türkiyə limanlarından 7 milyon 260 min 593 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, keçən ilin yanvar-dekabr aylarında Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul edib.
“2022-ci ilin yanvar-dekabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 28 milyon 443 min 135 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 365 milyon 646 min 886 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-dekabr aylarında Türkiyə limanlarından 81 milyon 18 min 986 ton transit yük daşınıb.
© Trend