DÜNYA

02 Fevral

Bolqarıstan Prezidenti parlamenti buraxdı

Bolqarıstan Prezidenti Rumen Radev ölkə parlamentinin buraxılmasına dair sərəncam imzalayıb.

Bu barədə məlumatı Radevin Mətbuat xidməti yayıb.

Bununla yanaşı, ölkədə aprelin 2-nə parlament seçkiləri təyin edilib.

R.Radevin digər bir sərəncamı ilə yeni texniki hökumət təyin edilib və ona Qılıb Donev başçılıq edəcək.