DÜNYA

30 Yanvar

Qara dənizdəki qaz ehtiyatları Türkiyənin 30 il ehtiyacını ödəyəcək

"Türkiyənin Qara dənizdə kəşf edilən qaz ehtiyatları ölkənin növbəti 30 il üçün tələbatını ödəyə bilər".

Fins.Az xəbər verir ki, bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz İstanbulda "Türkiyənin enerji əsri" forumunda çıxışı zamanı deyib.

"Qara dənizdəki hazırkı qaz ehtiyatları bizim qarşıdakı 30 il üçün tələbatımızı ödəyir. Yeni kəşf edilmiş yataqlarla bu müddət daha da artacaq. Ümid edirik ki, Qara dəniz qazının hasilatının birinci mərhələsi mart ayında başlayacaq" , - nazir bildirib.