İsrail vətəndaşları ABŞ-a vizasız səfər edə biləcək.
Fins.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Kohen "Twitter"də bildirib.
Onun sözlərinə görə, ABŞ-ın təqdim etdiyi 2022-ci ilin statistikasına əsasən, bu il viza imtinası alan israillilərin faizi 3%-dən azdır.
“Bu o deməkdir ki, İsrail Vizadan İmtina Proqramına qoşula bilər və 2 ay ərzində İsrail vətəndaşlarının ABŞ-a səfər etmək üçün vizaya ehtiyacı olmayacaq. Prezident Co Baydenə liderliyinə və prosesə verdiyi dəstəyə görə çox təşəkkür edirəm”, - XİN başçısı qeyd edib.
Qeyd edək ki, Vizadan İmtina Proqramı ABŞ hökumətinin müəyyən ölkələrin vətəndaşlarına turizm, ticarət və ya tranzit yolu ilə 90 günə qədər viza almadan ABŞ-a səyahət etməsinə imkan verən proqramdır.