DÜNYA

30 Yanvar

Google-un yeni funksiyası ilə işlənmiş avtomobillər siyahıya alınacaq - FOTO

“SearchLab” tərəfindən paylaşılan məlumata görə, “Google” növbəti yeniləməni sınaqdan keçirir.

Fins.az xəbər verir ki, ilk olaraq ABŞ-da istifadəyə veriləcək yeniləmə istifadəçilərə “Google” Axtarışdan çıxmadan yaxınlıqda satılan avtomobilləri görməyə imkan verəcək. “Google”da biznes profili olan dilerlər Avtomobil İdentifikasiya Nömrəsi olan bütün avtomobilləri bu siyahıya əlavə edə biləcəklər.

Bu siyahıya pikap, karvan və motosiklet kimi nəqliyyat vasitələri daxildir. Yəni bu yeniləmə ilə “Google”-da ikinci əl avtomobilləri axtardığınız zaman yaxınlıqdakı dillerlərin satışa çıxardığı avtomobillər siyahıya alınacaq. Seçdiyiniz avtomobilin xüsusiyyətlərini və istifadə şərtlərini "Satılır" bölməsində görə biləcəksiniz. Bu yolla ikinci əl avtomobil alarkən “Google”-un qeyd etdiyi nəqliyyat vasitələrindən yararlana bilərsiniz. Bu yeniləmə ilk olaraq ABŞ-da yayılacaq. (Trend)