DÜNYA

24 Yanvar

Avrozonada iqtisadi aktivlik artıb

Avrozonadan açıqlanan hesabata görə, bu ilin ilk ayında Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi yüksəlib.

Fns.Az xarici mətbuata istinadən xəbər verir ki, Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi  47.8 bənddən 48.8 bəndə, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi isə 49.8 bənddən 50.7 bəndə kimi yüksək həddə çatıb.

Analitiklər isə iqtisadi aktivliyin sənaye sektorunda 48.5 bənd, xidmət sektorunda isə 50.2 bənd olacağını proqnozlaşdırırdılar.