DÜNYA

24 Yanvar

İlon Maskın sərvəti 11 milyard dollar artdı

"Tesla", "SpaceX" və "Twitter"in rəhbəri İlon Maskın sərvəti son 2 gündə 11 milyard dollar artıb.

Bu barədə Fins.Az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, Maskın sərvəti San-Fransiskoda federal məhkəmədə qanunları pozduğuna görə səhmdarların məhkəməsində ifadə verdikdən sonra kəskin artıb. Bildirilib ki, hazırda İlon Maskın sərvəti 145,2 milyard dollardır.