DÜNYA

24 Yanvar

Ukrayna müharibəsi Almaniyaya 175 mlrd. avro ziyan vuracaq

Ukrayna müharibəsi və onun nəticələri bu il Almaniyaya 175 milyard avroya, yəni ÜDM-in təxminən 4,5%-nə başa gələcək.

Fins.Az xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyatı İnstitutunun dərc etdiyi araşdırmada qeyd olunub.

Məlumata görə, bu, hər bir sakin üçün 2000 avroluq rifah itkisinə bərabərdir.