DÜNYA

24 Yanvar

Avropada ən ucuz dizel hansı ölkələrdə satılır?

Avropada ən ucuz dizel yanacağı Bolqarıstan və Çexiyada satılır.

Fins.az xəbər verir ki, bu barədə Çexiyanın "Finlord" şirkətinin baş analitiki Boris Tomçiak bildirib.

Onun sözlərinə görə, Bolqarıstanda dizelin bir litrinin qiyməti 1,64 dollar, Çexiyada isə 1,7 dollardır. Məlumata əsasən, Almaniyada dizelin bir litrinin qiyməti 2,6 dollar, İtalyada 2,09 dollar, Fransada 2,11 dollar təşkil edir.

Bildirilib ki, ötən il Çexiya hökuməti avtomobil yanacağının istehlak vergisini azaldıb və bu, müştərilər üçün də qiymətlərin ucuzlaşmasına səbəb olub.