DÜNYA

11 Yanvar

Avropada qazın qiyməti 780 dollardan aşağı enib

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 780 ABŞ dollarından aşağı enib.

Fins.az xəbər verir ki, 10 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 777 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (822 dollar) ilə müqayisədə 5,5% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

©APA