DÜNYA

10 Yanvar

“Twitter”ə sadə, amma lazımlı yenilik gəlir - FOTO

“Twitter”ə mətn formatlama funksiyası əlavə olunacaq.

Fins.az-ın məlumatına görə, bu barədə amerikalı sahibkar İlon Mask sosial şəbəkədəki səhifəsində məlumat verib.

 

“Bu rübdə biz qalın şrift, alt xətt və şrift ölçüsü kimi sadə formatlaşdırma xüsusiyyətlərini əlavə edəcəyik”, - deyə o bildirib.

Bundan əvvəl Mask “Twitter”də yeni funksiyalar, o cümlədən uzun mətnlər və interfeysin kütləvi yenilənməsi haqqında məlumat verib. O, bu yeniləmənin təfərrüatını hələ açıqlamayıb.