DÜNYA

22 Dekabr

Xiaomi işçilərinin 10%-ni ixtisar edir

Xiaomi gəlirləri azaldığı üçün işçilərinin 3500-ə yaxın işçini işdən çıxaracaq.

“Fins.az” ”xəbər verir ki, şirkət qlobal mobil telefon satışlarının və daxili bazarda tələbin azalması səbəbindən ilin sonunda bəzi biznes əməliyyatlarını və işçi qüvvəsini ixtisar edəcək.

Şirkətin ixtisar etməyi planlaşdırdığı işçilər hazırkı işçi qüvvəsinin 10 faizini təşkil edir.

Xiaomi-nin gəlirləri üçüncü rübdə 10 faiz azalıb, şirkət 1,5 milyard yuan təxminən 209 milyon dollar xalis zərərlə bağlı hesabat verib.

Üçüncü rübdə mobil cihaz satışları 11% azalıb, bu da, şirkətin ən əhəmiyyətli gəlir mənbələri olan smart elektronika və internet xidmətlərində itki ilə üzləşməsinə səbəb olub.

Dünyada iqtisadi artımın yavaşlaması və inflyasiyanın artması səbəbindən elektron məhsullara tələbat azalır. Qlobal mobil telefon satışlarının 2022-ci ildə 12,2 faiz, gələn il isə satışların 2,9 faiz azalacağı proqnozlaşdırılır.