DÜNYA

16 Dekabr

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamenti bu gün Rusiyaya bağlı maliyyə şirkətlərinə, oliqarx Vladimir Potanin və onun ailəsinə, biznesinə və qurumlar şəbəkəsinə, eləcə də Rusiya hökuməti ilə əlaqəli digər şəxslərə qarşı sanksiyalar elan edib.

Nazirliyin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) məlumatına görə, bu tədbirlər ABŞ hökumətinin Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsini maliyyələşdirmək imkanlarını daha da məhdudlaşdırmaq səylərinin bir hissəsidir.

Eyni zamanda, Maliyyə Nazirliyinin bəyanatında vurğulanır ki, bu sanksiyalar ümumilikdə ABŞ-ın beynəlxalq tərəfdaşlarının qərarlarını tamamlayır.

Ümumilikdə, Rusiyanın maliyyə xidmətləri sektoru ilə əlaqəli 18 qurum və ölkə hökuməti ilə əlaqəli olan 40-dan çox şəxs sanksiyalar siyahısına salınıb