DÜNYA

15 Dekabr

ABŞ-ın kommersiya neft ehtiyatları yenidən artıb

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 10 231min barel artaraq, 424 128 min barel təşkil edib.

Fins.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 3 595 min barel azalacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-da neftin kommersiya ehtiyatları ardıcıl dörd həftə azalmadan sonra artıb.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.