DÜNYA

14 Dekabr

OPEC Azərbaycanda gələn il üçün neft hasilatı üzrə proqnozunu yüksəldib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2022-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

Bu barədə OPEC-in aylıq hesabatında bildirilib.

OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olacaq, bu da illik müqayisədə 27 min barel azdır. Oncəki ehtimal olunan göstərici ilə müqayisədə artım tempi üzrə proqnoz 21 min barel azaldılıb.

Hesabata əsasən, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 800 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da illik müqayisədə 59 min barel artım deməkdir və oncəki proqnoz göstəricisindən 10 min barel çoxdur.

Xatırladaq ki, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel səviyyəsində olub. 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.