DÜNYA

13 Dekabr

Bu ölkəyə Aİ-yə üzv olmaq üçün namizəd statusu verildi

Avropa İttifaqına (Aİ) üzv dövlətlər Bosniya və Hersoqovinaya təşkilata üzv olmaq üçün namizəd ölkə statusu verməklə bağlı razılığa gəlib.

Bu barədə məlumatı diplomatik mənbəyə istinadən “Frans Press” agentliyi yayıb. 

Məlumata görə, sözügedən qərarı Aİ ölkələrinin Avropa məsələləri üzrə nazirləri verib.