DÜNYA

13 Dekabr

Aİ qlobal korporativ vergi ilə razılaşır

Avropa İttifaqına (Aİ) üzv ölkələr transmilli şirkətlərə qlobal minimum 15 faiz korporativ vergi tətbiq etməyə razılaşıblar.
"Fins.az" xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurası üzv ölkələrin nümayəndələrinin beynəlxalq vergitutma ilə bağlı razılığa gəldiyini açıqlayıb.

“Aİ-yə üzv dövlətlər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) beynəlxalq vergi islahatının ikinci sütunu kimi tanınan minimum vergitutma komponentini Aİ səviyyəsində həyata keçirmək barədə razılığa gəliblər”, - məlumatda deyilir.

Müqavilə ilə bağlı üzv dövlətlər arasında yekdilliyin əldə edildiyi vurğulanaraq, rəsmi ratifikasiya prosesinin yazılı şəkildə həyata keçiriləcəyi qeyd edilib.

Açıqlamada, tənzimləmənin effektiv tətbiqinin aşağı korporativ vergi yarışının qarşısını alacağına diqqət çəkildi.