DÜNYA

13 Dekabr

ABŞ yanvarda əsas istehsalat sahələrində neft hasilatını artıracaq

ABŞ Energetika Nazirliyinin proqnozlarına görə, gələn ilin yanvar ayında bu ilin dekabr ayı ilə müqayisədə ölkədə əsas istehsalat sahələrində (hasilatın əsas hissəsi şist neftinin payına düşür – red.) neft hasilatı artacaq.

Fins.az ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasına (EIA) istinadən verdiyi məlumata görə, gələn ay ən iri yataqlarda ortalama gündəlik neft hasilatı 94 min barel və ya 1 % artaraq 9,319 mln. barelə çatacaq.

Məlumata görə, hasilat üzrə artım əsasən "Permian", "Eagle Ford", "Bakken", "Anadarko", "Appalachia” və "Niobrara" yataqlarının payına düşəcək.

Xatırladaq ki, ötən il ABŞ-da gündəlik neft hasilatı 11,2 mln. barel təşkil edib. 2020-ci ildə ABŞ-da ortalama gündəlik neft hasilatı 11,28 mln. barel olub. 2019-cu ildə isə bu göstərici 12,25 mln. barel təşkil edib.