DÜNYA

13 Dekabr

G7 ölkələri Ukrayna ilə bağlı öhdəlik götürdü

G7 ölkələri Ukraynaya ölkənin kritik enerji və su infrastrukturunu bərpa etmək və qorumaq üçün öhdəlik götürüblər.

“Fins.az” xarici Kİ-ə istinadən xəbər verir ki, bu barədə G7 liderlərinin videokonfrans formatında keçirilən görüşün yekunlarına dair bəyanatında deyilir:

“Biz Ukraynaya onun kritik enerji və su infrastrukturunu təmir etmək, bərpa etmək və qorumaqda kömək etməkdə qərarlıyıq”.

G7 üzvləri həmçinin Ukraynaya qışa hazırlaşmağa kömək edəcəklərini və onun vətəndaş dayanıqlığını dəstəkləməyə davam edəcəklərini öhdələrinə götürüblər.