DÜNYA

07 Dekabr

OPEC ölkələrində neft hasilatı üzrə artım tempi cüzi artacaq - PROQNOZ

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2022-2023-cü illər üzrə gündəlik xam neft hasilatı proqnozunu yüksəldib.

Fins.az-ın EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatının 29 mln. barel olacağı proqnozlaşdırılır ki, bu da əvvəlki proqnoz göstəricidən 0,15 mln. barel çoxdur.

Hesabata əsasən, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,61 mln. barel olacaq. Bu, əvvəlki proqnozdan 0,02 mln. barel çoxdur.

Qeyd edək ki, ötən il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 26,28 mln. barel olub. 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25,6 mln. barel təşkil edib, 2019-cu ildə isə 29,27 mln. barelə bərabər idi.

Beləliklə, EİA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, OPEC ölkələri neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyasından əvvəlki səviyyəyə gələn ildə də çata bilməyəcək.