Rusiyalı xakerlər Ukraynanın dövlət strukturuna aid internet resurslarını hərraca çıxarıblar.
“Fins.az" xarici KİV-ə istinadən xəbər verir ki, rusiyalı xakerlər qrupu "HakNet" həmin satışdan əldə olunan pulu hərbi komissarlara verəcəklərini vəd edib.
“HackNet” həmçinin, həmin resurslara heç bir məhdudiyyət qoymayacağına da söz verib.
“HackNet” vurğulayıb ki, gəlirin birinci yarısı hərbi əməliyyatlardan zərər çəkmiş uşaqlara, ikinci yarısı isə rusiyalı müharibə müxbirlərinə ayrılacaq.
Hərrac 15 dekabr 2022-ci il tarixinədək davam edəcək.