“Lukoil” özəl neft şirkəti İtaliyadakı “ISAB" neft emalı zavodunu ilin sonuna kimi satmağı planlaşdırır.
“Fins.az" xarici mətbuata istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri Yevgeni Manyaxin deyib.
Onun sözlərinə görə, bu barədə artıq danışıqlar gedir və alqı-satqı müqaviləsi qısa vaxta bağlana bilər.