DÜNYA

05 Dekabr

İsraildən 100 nəfərlik satın alma heyəti Türkiyəyə səfər edəcək

Türkiyə İxracatçılar Məclisinin (TİM) dəvəti ilə İsrailin 70-ə yaxın ən mühüm şirkətindən 100-ə yaxın adamdan ibarət satınalma komitəsi İstanbula gəlir.
"Fins.az" xəbər verir ki, Türkiyənin İsraillə münasibətlərinin son vaxtlar normallaşması iki ölkənin ticarət əlaqələrinə müsbət təsir göstərir.

Türkiyə İxracatçılar Məclisinin (TİM) dəvəti ilə İsrailin 70-ə yaxın ən mühüm şirkətindən 100-ə yaxın adamdan ibarət satınalma komitəsi İstanbula gəlir.

İsrail Ticarət Palataları Federasiyasının prezidenti Uriel Linnin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda ixracatçı şirkətlərlə ikitərəfli işgüzar görüşlər keçirəcək.

Baş satınalma komitəsi; Qara və əlvan metallar, Elektronika-elektrik, Taxıl-Paxlalılar, Kondisioner, Mədənçıxarma, Quru meyvələr, Avtomobil sənayesi və Tekstil xammalı daxil olmaqla 13 sektorda cəmləşmişdir.

İclas Ticarət Nazirliyinin İxrac baş direktoru Mehmet Ali Kılıçkaya və İsrail səfiri İrit Lilianın iştirakı ilə TİM prezidenti Mustafa Gültepenin ev sahibliyi edəcək.