Berlin hökuməti qaz tədarükünü artırmaq planının bir hissəsi olaraq səylərini sürətləndirdiyi bir vaxtda əmtəə ticarəti şirkəti Trafigura Group Almaniya ilə qaz təchizatı üçün 3 milyard dollarlıq kredit müqaviləsi imzalayıb.
"Fins.az" xəbər verir ki, Trafigura bu gün yaydığı bəyanatda bildirib ki, ilk qaz tədarükləri noyabrın 1-də başlayıb və şirkət mövcud qlobal qaz və maye qaz portfelindən istifadə edəcək.
Mövzuya yaxın mənbələr son razılaşma ilə Almaniyaya tədarükü təmin ediləcəyini bildirib.
Trafigura həmçinin oktyabr ayında Almaniyaya metal tədarükü üçün 800 milyon dollarlıq kredit müqaviləsi imzalayıb.Trafigura sözçüsü məsələ ilə bağlı şərh verməyib.
Ukraynada davam edən müharibədən sonra enerji sahəsində Rusiyadan asılılığını azaldan Almaniya enerji siyasətini yenidən qurmalı oldu. Almaniya kansleri Olaf Scholz enerji müqavilələri üçün Səudiyyə Ərəbistanı və Qətərdə danışıqlar apardı və keçən həftə maye qaz idxalı üçün Qətərlə razılaşdığını açıqlayıb.