DÜNYA

29 Noyabr

Dünyada “iPhone” qıtlığı yarana bilər

Çində COVID-19 ilə bağlı məhdudiyyətlər və Çjençjou şəhərindəki dünyanın ən böyük “iPhone” fabriki olan “Foxconn Technology Group”un müəssisəsində etirazlar səbəbindən ilin sonunadək smartfon istehsalında altı milyon ədədədək azalma ola bilər.

İşçilərin bir hissəsi iğtişaşlar səbəbindən müəssisəni tərk edib. Ona görə də şirkət ayın sonuna kimi tam həcmdə istehsalı bərpa edə bilməyəcək. İğtişaşlardan əvvəl zavod gündəlik 500 min ədəd “iPhone” istehsal edirdi ki, bu da ildə təxminən 182 milyon ədəd deməkdir.

Bir müddət əvvəl isə “Foxconn” zavodun 20 min əməkdaşının COVID-19-a yoluxduğu bildirib.

Ekspertlərin fikrincə, mövcud vəziyyət dünya bazarlarında “iPhone” qıtlığı yarada bilər.