Amazon Hindistandakı əməliyyatlarının bir hissəsini bağlayacaq. Bloomberg-ə danışan məsələ ilə tanış olan mənbələrə görə, ixtisarların bir neçə yüz nəfərlə məhdudlaşacağı gözlənilir.
"Fins.az" xəbər verir ki, Amazon.com Inc Hindistandakı əməliyyatlarının bir hissəsini bağlayacaq.
Məlumata görə, 1,4 milyard istehlakçı ilə böyüyən bazara baxmayaraq, şirkətin bu addımı Amazon şirkətinin baş direktoru Endi Jassinin xərclərin azaldılması mübarizəsinin səviyyəsini ortaya qoyub. Bloomberg-ə danışan məsələyə yaxın mənbələrə görə, minlərlə iş yerindən yalnız bir neçə yüz nəfəri işdən çıxarılacaq.