Microsoft ilə Activision Blizzard arasındakı potensial müqavilənin şərtləri və nəticələrinin antimonopoliya orqanları tərəfindən araşdırılması çərçivəsində Sony şirkəti nizamlayıcı orqanlara öz sənədini təqdim edib. Piers Harding-Rolls adlı analitik isə Sony tərəfindən təqdim edilmiş sənəddə Playstation 6-ya dair maraqlı məlumatı aşkar edib. Öz sənədində Sony şirkətinin proqnozuna əsasən Microsoft tərəfindən Activion Blizard-ın alınmasının təsdiqlənməsi halında Sony 2027-ci ilə kimi “Call of Duty” seriyasından məhrum olacaq.
Bu isə öz növbəsində yeni nəsil oyun konsolunun satışa çıxarılması ərəfəsində şirkəti çətin vəziyyətdə qoyacaq. Beləliklə burdan belə qənaətə gəlmək olar ki, yeni nəsil Playstation 2027-2028-ci ildə satışa çıxacaq. Bu məlumat Playstation 4-ün aktuallıq dövrünün 7 il olduğunu təsdiqləyir. Playstation 5 2020-ci ildə satışa çıxıb. Beləliklə onun da aktuallıq dövrünün 7 il olacağını nəzərə alsaq, yeni nəsil Playstation-un məhz 2027-ci ildə satışa çıxacağını güman etmək olar.