DÜNYA

23 Noyabr

Ukraynaya 4,5 milyard dollarlıq iqtisadi yardım ödəniləcək

Ukraynaya ayırılmış 4,5 milyard ABŞ dolları həcmində iqtisadi yardımın qarşıdakı həftələrdə ödənilməsinə başlanılacaq.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yelen bildirib.

O, qeyd edib ki, sentyabrda təsdiqlənmiş maliyyə yardımının məqsədi Ukraynanın iqtisadi sabitliyini gücləndirmək və əsas hökumət xidmətlərini dəstəkləməkdir.