DÜNYA

22 Noyabr

Səudiyyə Ərəbistanında neft hasilatının artımı

Wall Street Journal-ın Səudiyyə Ərəbistanında neft hasilatının artmasını qiymətləndirdiyi xəbəri və Səudiyyə rəsmilərinin xəbəri təkzib etməsi neft qiymətlərində dalğalanmalara səbəb olub.
"Fins.az" xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdüləziz bin Salman gündəlik hasilatın 2 milyon barrel azaldılmasının 2023-cü ilin sonuna qədər davam edəcəyini açıqlayıb. WSJ hesabatını inkar edən şahzadə, "Təklif-tələb dinamikası tələb edərsə, biz də əlavə ixtisarlar etməyə hazırıq" -,deyə bildirib. 

Xəbərlər və təkzib axını zamanı ABŞ xam neft qiymətləri bu həftə təxminən 5 dollar zolağında hərəkət etdi. WSJ xəbərlərindən sonra bazar ertəsi axşam 75 dolları sınaqdan keçirən WTI aktiv müqaviləsi barel qiymət itkilərini sildi və 80 dolların üzərində qalıb. 

ABŞ xam nefti hələ də üç ticarət günündə təxminən 1,6 faiz itirir, çünki Çindəki COVID-19 vəziyyəti tələbata mənfi təsir göstərəcək.