Avrasiya İqtisadi Şurasının iclasının keçiriləcəyi vaxt açıqlanıb.
Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Şuranın iclasının dekabrın 9-da Bişkekdə keçirilməsi planlaşdırılır.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, bu gün Qırğızıstan Prezidenti Sadır Japarov qazaxıstanlı həmkarı Kasım-Jomard Tokayevlə telefon danışığı zamanı dekabrda keçiriləcək iclasa hazırlıq məsələsini müzakirə edib.
Qeyd edək ki, Avrasiya İqtisadi Şurasının sonuncu iclası mayın 27-də videokonfrans vasitəsilə keçirilib. İclasda Avrasiya İqtisadi Şurasına üzvü olan bütün ölkələrin - Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistanın rəhbərləri və iki müşahidəçi ölkə - Özbəkistan və Kubanın rəhbərləri iştirak edib.