DÜNYA

18 Noyabr

ABŞ İranla əməkdaşlıq edən şirkətlərə sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi müxtəlif ölkələrdə qeydiyyatdan keçmiş, İranın neft sektoru ilə əməkdaşlıq edən 13 şirkətə qarşı sanksiya məhdudiyyətləri tətbiq edib. Müvafiq məlumat cümə axşamı nazirlik tərəfindən yayılıb

“ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisi sanksiyaya məruz qalmış İran neft-kimya brokerləri “Industry Commercial Co.” (PGPICC) və “Triliance Petrochemical Co. Ltd”, o cümlədən İran Milli Neft Şirkəti və onun marketinq qolu “Naftiran Intertrade Company Ltd” (NICO), həmçinin “Gulf Petrochemical”in adından Şərqi Asiyada yüz milyonlarla dollar dəyərində İran neft-kimya məhsullarının satışını asanlaşdıran müxtəlif ölkələrdə qeydiyyatdan keçmişa 13 şirkətə qarşı sanksiya tətbiq edib”, - məlumatda bildirilib.