Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu taxıl müqaviləsi ilə bağlı açıqlama verib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, nazir Rusiya-Ukrayna müharibəsi bitdiyi halda müqavilənin uzadılmasına ehtiyac olmayacağını deyib:
"Biz səylərimizi gücləndirərək davam etdirəcəyik. Müqavilə 120 gündən sonra daha bir il də uzadıla bilər. Ümid edirəm ki, yenidən uzadılmasına ehtiyac qalmayacaq, atəşkəs olacaq".