Qlobal oyun sənayesinə aid edilən 184 milyard dollarlıq dövriyyənin 45,8 milyard dolları Çinin payına düşür.
Son bir il ərzində Çin hökuməti ölkədə videooyunları məhdudlaşdırmaq və tənzimləməklə məşğuldur. Lakin buna baxmayaraq, Çin oyun bazarı hələ də dünyada öz sahəsində ən böyükdür.
İkinci ən böyük olan ABŞ-ın bazar payı 45 milyard dollar olmaqla Çindən çox az geridə qalır.
Beləliklə də, Çin və ABŞ oyunçularının birgə xərcləri qlobal videooyun xərclərinin 49%-ni təşkil edir.
Mənbə: rossaprimavera.ru