Avropa İttifaqı 2023-cü ildə Moldovaya maliyyə yardımının həcmini artıracaq.
Bunu noyabrın 15-də Avropa Parlamentinin deputatı Ziqfrid Mureşan bildirib.
Hazırda enerji böhranı yaşayan Moldova 2023-cü ildə əlavə yardım alacaq ölkələr siyahısındadır.
Mureşan qeyd edib ki, bu, Moldovaya böhranın öhdəsindən gəlməyə və Avropa İttifaqına daxil olmağa hazırlaşmağa kömək etmək üçün lazımdır.
Respublika ayrılan vəsaiti məktəblərin, xəstəxanaların modernləşdirilməsinə, enerji böhranının idarə olunmasına, eləcə də Avropaya inteqrasiya üçün zəruri islahatların aparılmasına sərf edə biləcək.
Qeyd edək ki, Aİ Şərq Tərəfdaşlığı ölkələrinə dəstək məqsədilə 2023-cü ildə maliyyə ayırmalarının həcmini 210 milyon avro artıracaq.
Mənbə: rossaprimavera.ru