İndoneziyada Türkiyə və ABŞ Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Co Bayden arasında görüş başlayıb.
“Fins.az” xəbər verir ki, görüşdən ilk görüntüləri “TRT Haber” yayıb.
Mətbuata qapalı şəkildə keçirilən iclasda, həmçinin Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu, maliyyə naziri Nureddin Nebati və milli müdafiə naziri Hulusi Akar da iştirak edir.
Xatırladaq ki, liderlər arasında görüş Bali adasında keçirilən G20 sammiti çərçivəsində baş tutub.