DÜNYA

15 Noyabr

İndoneziyaya 20 milyard dollarlıq bərpa olunan enerji paketi

ABŞ, İndoneziya və Yaponiya arasında razılaşmaya əsasən, elektrik enerjisi istehsalında İndoneziyanın kömürdən çıxması üçün 20 milyard dollar maliyyə ayrılacaq. Razılaşmaya əsasən, 2030-cu ilin sonuna qədər ölkədə elektrik enerjisi istehsalının 34 faizi bərpa olunan enerjidən təmin ediləcək.
ABŞ prezidenti Co Bayden və İndoneziya prezidenti Coko Vidodo İndoneziyanın enerji üçün kömürdən uzaqlaşmasına kömək etmək üçün 20 milyard dollarlıq iqlim maliyyəsi müqaviləsini elan edəcək.

ABŞ, İndoneziya və Yaponiya arasında maliyyə sazişi bir ildən çox davam edən danışıqlardan sonra çərşənbə axşamı Balidə keçiriləcək 20-lər Qrupu sammiti çərçivəsində açıqlanacaq.

Bloomberg-ə danışan ABŞ Maliyyə Departamentinin yüksək səviyyəli rəsmisinə görə, bu, bir anda edilən ən böyük iqlim maliyyə əməliyyatıdır.

Paketə əsasən, İndoneziya 2020-ci ilə qədər elektrik sektorundan karbon qazı emissiyalarını 290 meqatona qədər məhdudlaşdırmağı öhdəsinə götürəcək ki, bu emissiya limiti təkcə ənənəvi şəbəkələrə deyil, həm də sənaye müəssisələri üçün elektrik enerjisi təmin edən təchizatçılara şamil ediləcək.