Amazon-un qurucusu Jeff Bezos CNN-ə açıqlamasında 124 milyard dollarlıq sərvətinin böyük hissəsini hələ sağ ikən xeyriyyəçilik üçün xərcləməyi planlaşdırdığını bildirib.
"Fins.az" xəbər verir ki, Bezos CNN-ə verdiyi müsahibədə sərvətinin böyük hissəsini iqlim dəyişikliyi ilə mübarizəyə həsr edəcəyini bildirib.
Planı haqqında ətraflı məlumat verməsə də, Bezos sərvətinin böyük hissəsini bağışlayacağını ilk dəfə paylaşıb.Bezos aparıcıya "Yaşadığınız müddətdə bu ianəni edəcəksinizmi?" sualına “hə” cavabını verdi. Bu yolla Bezos dərin sosial və siyasi qopmalar qarşısında insanlığı bir araya gətirə bilənlərə dəstək olmaq istədiyini bildirib.
Bezos daha əvvəl varlı insanları öz sərvətlərini xeyriyyəçiliyə sərf etməyə təşviq edən "Giving Pledge" kampaniyasında iştirak etmədiyi üçün tənqid hədəfinə çevrilmişdi.