Çin rəhbərliyinin mənzil bazarındakı problemləri həll etmək üçün 16 maddəlik xilasetmə planı hazırladığı və bu planın qlobal bazarlar tərəfindən yaxından izləndiyi bildirilib.
"Fins.az" xəbər verir ki, Çin dərin tənəzzül və likvidlik problemlərindən əziyyət çəkən mənzil bazarını xilas etmək üçün 16 addımlı bərpa planı hazırlayıb.
Mənbələr Bloomberg-ə bildiriblər ki, Çin Xalq Bankı (PBOC) və Çin Bankçılıq və Sığorta Tənzimləmə Komissiyası cümə günü maliyyə qurumlarına daşınmaz əmlak sektorunun "sabit və sağlam inkişafını" təmin etmək üçün planlar təqdim edən bəyanat göndərib.
Mənbələrin bildirdiyinə görə, əvvəlki dəstəkləyici addımlardan fərqli olaraq, bu paket ev inşaatçılarının üzləşdiyi likvidlik böhranından tutmuş ev alıcıları üçün ilkin ödəniş tələblərinin yüngülləşdirilməsinə qədər geniş əhatəli tədbirlərdən ibarətdir.
Müəllif: Aynur Qəniyeva