Mozambik tarixində ilk dəfə qlobal enerji bazarına mayeləşdirilmiş təbii qaz çıxarıb.
“Ölkəmiz tarixi addım atıb. Mozambik mayeləşdirilmiş təbii qazının ilk partiyasının Aİ-dəki istehlakçılara çatdırılacağı gözlənilir”, - deyə Mozambik prezidenti Filipe Nyusi bildirib.
Məlumatına görə, qazın ilk partiyası altı sualtı qaz quyusuna qoşulan “Coral South” üzən platformasından göndərilib. Quyular Rovuma ərazisindəki dəniz yatağında yerləşirlər. Bu yerdə hasilat iyul ayında başlanılıb.
Bildirilib ki, platforma ildə 3,4 milyon ton təbii qaz hasil edə bilər. Sahənin ehtiyatları 450 milyard kubmetr qaz həcmində qiymətləndirilir.