Cenevrədə BMT və Rusiya nümayəndələrinin taxıl sazişinə həsr olunmuş görüşü keçirilir.
Bu barədə təşkilatın Cenevrədəki baş qərargahının mətbuat xidmətinin rəhbəri Alessandra Velluççi brifinqdə bildirib:
“Görüş başladı, o, Millətlər Sarayında keçirilir”.
Görüş iştirakçıları iyulun 22-də İstanbulda imzalanmış iki sazişin tam şəkildə həyata keçirilməsi üçün BMT-nin baş katibi Antonio Quterreşin səylərinin dəstəklənməsi üzrə məsləhətləşmələri davam etdirəcəklər.
“Bu müzakirələrin Rusiyadan dünya bazarlarına maneəsiz ərzaq və gübrə ixracının asanlaşdırılmasında irəliləyişə töhfə verəcəyinə ümid edilir”, - deyə Veluççi qeyd edib.