Yaxın gələcəkdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin çəkilişinə başlanılacaq.
Fins.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Səmərqənddə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının iclasında çıxışı zamanı deyib.
"Yaxın gələcəkdə biz Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tikintisi layihəsinin praktiki icrasına başlamağı planlaşdırırıq. Bu layihə Transxəzər Nəqliyyat Marşrutunun dəmir yolu və avtomobil yollarını hissəsini tamamlayacaq, yüklərin Qərb ölkələrinə çatdırılmasını sürətləndirəcək", -deyə Qırğızıstan dövlət başçısı bildirib.