2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq 4,6 milyard dollara bərabər olub.
Fins.az-ın məlumatına görə, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin oktyabr ayında Türkiyə 415,3 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 9,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2021- oktyabr 2022) Türkiyə 5,4 milyard dollar məbləğində sement və şüşə ixrac edib.