Amerikalı sahibkar İlon Mask bu yaxınlarda aldığı "Twitter" şirkətinin iflasını istisna etməyib.
Fins.az xəbər verir ki, bu barədə cümə axşamı "The Information" nəşri məlumat yayıb.
Məlumata əsasən, bu barədə milyarder noyabrın 10-da şirkətin əməkdaşlarına açıqlamasında deyib.
İ.Maskın proqnozlarına görə, sosial şəbəkə daha çox pul qazana bilməsə iflas etməsi mümkündür.